Azedu.az

Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi

9 Sentyabr 2026, 16:34
Nazir müavini Həsən Həsənli Qazaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23 sentyabr tarixində Qazax şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, qəbulda Qazax rayon sakinləri iştirak edə bilərlər. 
 
Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Rusiyadan Paşinyana ağır sözlər: O, qorxağın biridir!
Son xəbərlərDaha çox