Azedu.az

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

Təhsil Nazirliyi

28 Avqust 2026, 17:34
Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda seçimlərin II mərhələsinə başlanılıb.

Təhsil İnsitutundan AzEdu.az-a bildirilib ki, mərhələ I seçimdən sonra boş qalan plan yerləri üzrə aparılır.

Şagirdlər seçimlərini şəxsi kabinetlərində “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirə bilərlər. Namizədlər II mərhələdə ən çoxu iki lisey və ya gimnaziya seçə bilərlər. İki təhsil müəssisəsinin seçilməsi məcburi deyil.

Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları və üstünlük verdikləri lisey və ya gimnaziyanı seçim siyahısına daxil etmələri tövsiyə olunur.

II mərhələ üzrə seçim prosesi avqustun 31-də saat 12:00-da başa çatacaq.

Seçimlərin III mərhələsinin keçirilməsi nəzərdə tutulmayıb.

SON DƏQİQƏ! DİN kritik əməliyyat keçirdi - Saxlanılanlar var
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox