Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Nazirliyin təsis etdiyi Yusif Məmmədəliyev adına Kimya, Biologiya və Coğrafiya, Cəlil Məmmədquluzadə adına Humanitar Fənlər, eləcə də Nəsirəddin Tusi adına Fizika, Riyaziyyat və İnformatika Olimpiadalarının qalibləri ilə görüş keçirilib.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov iştirak edib.Təhsil naziri olimpiada qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və təhsil həyatlarında uğurlar arzulayıb.
Görüş zamanı şagirdlərlə fikir mübadiləsi aparılıb, onların sualları dinlənilib və müxtəlif mövzular ətrafında müzakirələr keçirilib.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə adına Humanitar Fənlər Olimpiadasında 4, Yusif Məmmədəliyev adına Kimya, Biologiya və Coğrafiya Olimpiadasında 6, Nəsirəddin Tusi adına Fizika, Riyaziyyat və İnformatika Olimpiadasında isə 13 şagird I yerə layiq görülüb.
Sonda qalib şagird və məzunlara Kapital Bank və “Sirab” ASC-nin hədiyyələri təqdim olunub, xatirə fotosu çəkdirilib.