Azedu.az

“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub

Təhsil Nazirliyi

31 Avqust 2026, 16:19
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsinin XII görüşü keçirilib. Görüşün qonağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olub.

AzEdu.az xəbər verir ki, STEAM İnnovasiya Mərkəzində təşkil olunan görüşdə Vüsal Hüseynov “Miqrasiya idarəçiliyi: rəqəmsallaşma, tendensiyalar və çağırışlar” mövzusunda çıxış edib.

Görüş zamanı dövlət miqrasiya siyasəti, miqrasiya idarəçiliyində rəqəmsal transformasiya və yeni yanaşmalar, peşəkar inkişaf, beynəlxalq təcrübənin idarəçilikdə tətbiqi, insan kapitalının inkişafı məsələləri müzakirə olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi çıxışı zamanı təhsil və karyera yolu, rəhbərlik təcrübəsi, müasir idarəçilik yanaşmaları və dövlət qulluqçularının qarşısında duran çağırışlarla bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Daha sonra görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafına, liderlik və idarəetmə bacarıqlarının gücləndirilməsinə, eləcə də müasir çağırışlara cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir.

Rusiyadan DƏHŞƏTLİ HÜCÜM - Azərbaycanlıların restoranı dağıdıldı
Son xəbərlərDaha çox