Azedu.az

“Dünyadakı innovasiyaları Azərbaycana gətirəcəm” - Kolumbiya Universitetinə qəbul olan gənc

Xaricdə təhsil

4 Avqust 2026, 12:06
“Dünyadakı innovasiyaları Azərbaycana gətirəcəm” - Kolumbiya Universitetinə qəbul olan gənc

“Əsas məqsədim Azərbaycana qayıtdıqdan sonra ölkəmizdə yeni təsis olunan və inkişaf etdirilən süni intellekt ekosisteminə töhfə vermək, dünyada baş verən innovasiya və yenilikləri burada tətbiq etməkdir”.

AzEdu.az-a bu sözləri Dövlət Proqramının qalibi Gültac Seyid söyləyib. 

“Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasından məzun olmuşam. Hazırda Kolumbiya Universitetində (Columbia University) kompüter elmləri üzrə magistr təhsili almaq üçün yola düşürəm.

Hazırda Mərkəzi Bankın İnnovasiyalar Mərkəzində data elmləri üzrə mütəxəssis kimi 2 ildir çalışıram. Kolumbiya Universitetində magistr təhsili alarkən daha çox süni intellekt üzrə ixtisaslaşmağı hədəfləyirəm. Əsas məqsədim Azərbaycana qayıtdıqdan sonra ölkəmizdə yeni təsis olunan və inkişaf etdirilən süni intellekt ekosisteminə töhfə vermək, dünyada baş verən innovasiya və yenilikləri burada tətbiq etməkdir”.

Dövlət Proqramı hazırda Azərbaycan gəncləri üçün yaradılmış ən möhtəşəm fırsətlərdən biridir:

“Bu proqram bütün xərcləri qarşılamaqla gənclərə dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı yaradır.

Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyə edirəm ki, bu fırsətdən maksimum şəkildə faydalansınlar. İlk növbədə öz məqsədlərini, hansı sahəyə yönəlmək istədiklərini dəqiq müəyyənləşdirsinlər və bu hədəflərini Azərbaycanın inkişafına töhfə verəcək şəkildə qursunlar. 

Dövlət Proqramı prosesi kifayət qədər sadələşdirib gənclər öz istiqamətlərini doğru təyin edib əzm göstərsələr, hər birinin uğur qazanması mümkündür”.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox