Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 09:23:00
Rus müəlliflərin dərsliklərdən çıxarılması istənilir

Ukrayna cəmiyyətində rus müəlliflərin dərs proqramlarından çıxarılması ilə bağlı tendensiya getdikcə artır. Daha çox ukraynalı məktəb dərsliklərində rus müəllifləri barədə məlumat verilməsinə qarşı çıxır.

AzEdu.az xəbər verir ki, bu barədə “İlka Kuçeriva adına Demokratik Təşəbbüs Fondunun” Razumkov Mərkəzi sosial xidməti ilə birlikdə keçirdiyi rəy sorğusunun nəticələrində deyilir. Tədqiqatın təqdim etdiyi hesabata görə, rəyi soruşulanlardan 38 faizi hesab edir ki, Ukrayna məktəblərində rus müəlliflərin əsərləri ümumiyyətlə tədris olunmalı deyil (Qərb rayonlarında bu rəqəm 60 faiz, Cənubda isə 10 faizdir). Rus müəlliflərin dərs proqramlarında saxlanılmasının tərəfdarı olanlar isə bir qayda olaraq 7 faizdir. 

Ukraynalıların 10 faizi anti-Ukrayna baxışlarına malik olmayan müəlliflərin əsərlərinin öyrənilməsinin davam etdirilməsinə tərəfdar çıxır. Amma dünya klassikası hesab olunan rus müəlliflərin tədris olunmasının vacibliyini düşünüən ukraynalıların sayı daha çoxdur (Qərbdə 21 faiz, ölkənin Cənubunda 37 faiz).

Rəyi soruşulanların yaşı azaldıqca, rus müəllifləri istəyənlərin sayı da artır.