Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 10:54:00
DİM bunları nəzərə alsın - EKSPERTDƏN TƏNQİD

2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək. İmtahanların tez keçirilməsi şagirdlər arasında narahatlıq yaradıb. Belə olan halda onlar cari ilin dərs proqramının hamısını bitirmədən imtahana girəcəklər. Şagirdlərin bu yeniliyə necə uyğunlaşa biləcəyi isə sual altındadır.

 

Məktəblilərin belə tez imtahan verməsi ilə bağlı təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında DİM-in bu qərarı ilə razılaşmadığı deyib:

 

“Əvvəlcə, qeyd edim ki, 9 və 11-ci siniflərin buraxılış imtahanlarının tez olmasının qəti əleyhinəyəm. Əgər 9-cu sinifin buraxılış imtahanı olursa, sonra bu şagirdlər niyə məktəbə gəlməlidir? Eyni zamanda, dərslikdə bütün dərslər keçilməyibsə, bu o deməkdir ki, imtahanda da həmin keçilməyən dərslərdən suallar düşməyəcək. Digər tərəfdən, imtahanda sual kimi salınmayan, il ərzində keçirliməyən dərslər lazımsızdırsa, niyə dərslikdə var?”

 

A.Vəliyev həmçinin vurğulayıb ki, DİM bəzi nüansları əvvəlcədən nəzərə almalı idi:

 

“Bu vaxtlar onların həyatında ən vacib məqamlardan biridir. Çünki şagirdlər buraxılış imtahanından sonra qəbul imtahanı verirlər. 11-ci siniflər üçün imtahanın tez keçirilməsi onların daha çox dərs oxumasına və nəticədə stressin artmasına gətirib çıxarır. Bu kimi nüansları Dövlət İmtahan Mərkəzi nəzərə almalı idi. Biz pandemiya dövrünü nəzərə alsaq, o vaxt gözləmədiyimiz bir hal baş vermişdi və dərslər olnayn olaraq keçirilmişdi. Ancaq nəticələr heç də əvvəlki illərdən pis olmadı, əksinə, mən deyərdim ki, yaxşı oldu. Düşünürəm ki, şagirdlərimiz bu müddət ərzində də oxuyub istədikləri nəticəni əldə edə bilərlər. Düzdür, artıq heç nəyi dəyişə bilmərik. Çünki vaxt təyin olunub, amma gələn illərdə ümid edirəm bunlar nəzərə alınar”.