Azedu.az

Nazirdən müəllimlərə TƏBRİK

AzEdu Təhsil Platforması

5 Oktyabr 2026, 09:36
Nazirdən müəllimlərə TƏBRİK

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev feysbuk sosial şəbəkəsi hesabında yazıb.

"Əziz müəllimlər,

Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir. Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır.

Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".

190604

Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?-
Son xəbərlərDaha çox