Azedu.az

Azərbaycan dili nəticələrinə görə lider olan məktəblər - SİYAHI

Buraxılış imtahanları

28 İyul 2026, 12:46
Azərbaycan dili nəticələrinə görə lider olan məktəblər - SİYAHI

11-ci sinif şagirdlərinin buraxılış imtahanının Azərbaycan dili fənni üzrə yüksək nəticə göstərən məktəbləri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Orta bal göstəricisinə əsasən, ilk yeri Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası tutub. Bu məktəbdə imtahanda iştirak edən 62 şagirdin orta balı 92.44 olub. İkinci sırada Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi qərarlaşıb. Həmin təhsil müəssisəsində buraxılış imtahanında iştirak edən 40 şagirdin orta balı 89.87 təşkil edib. İlk üçlüyü isə Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyi tamamlayıb. Bu məktəbdə imtahanda iştirak edən 55 şagirdin orta balı 89.70 olub.

BDU-nun nəzdində fəaliyyət göstərən Bakı Türk liseyi də yüksək nəticə göstərən məktəblər sırasında yer alıb. Bu təhsil müəssisəsində buraxılış imtahanında iştirak edən 181 şagirdin orta balı 89.09 olub.

Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyində imtahanda iştirak edən 44 şagirdin orta balı 88.35 təşkil edib.

Kimya-biologiya təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 71 şagirdin orta balı 88.28 olub.

Zaqatala rayonu Humanitar təmayüllü gimnaziyasında imtahanda iştirak edən 20 şagirdin orta balı 87.61 təşkil edib.

Naxçıvan şəhəri Naxçıvan şəhər qızlar liseyində buraxılış imtahanında iştirak edən 45 şagirdin orta balı 87.07 olub.

M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksində imtahanda iştirak edən 41 şagirdin orta balı 86.86 təşkil edib.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 134 şagirdin orta balı 86.41 olub.

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində imtahanda iştirak edən 32 şagirdin orta balı 86.40 təşkil edib.

Şirvan şəhər kimya-biologiya təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 49 şagirdin orta balı 86.39 olub.

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada imtahanda iştirak edən 36 şagirdin orta balı 86.29 təşkil edib.

Şəki rayonu Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində buraxılış imtahanında iştirak edən 27 şagirdin orta balı 86.23 olub.

Akademik Z. Əliyeva adına liseydə imtahanda iştirak edən 112 şagirdin orta balı 85.53 təşkil edib.

Zərdab rayonu İsaqbağı kənd tam orta məktəbində buraxılış imtahanında iştirak edən 10 şagirdin orta balı 85.41 olub.

Zaqatala rayonu Texniki fənlər liseyində imtahanda iştirak edən 23 şagirdin orta balı 84.85 təşkil edib.

Sumqayıt şəhər “İstedad” liseyində buraxılış imtahanında iştirak edən 61 şagirdin orta balı 84.45 olub.

Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyində imtahanda iştirak edən 60 şagirdin orta balı 84.25 təşkil edib.

Lənkəran rayonu Veravul kənd 1 nömrəli tam orta məktəbində isə buraxılış imtahanında iştirak edən 12 şagirdin orta balı 84.09 olub.

Ukrayna 390 dronla Moskvaya hücum etdi: Rusiyada PANİKA YAŞANIR
Son xəbərlərDaha çox