Azedu.az

Xarici dil üzrə “danışıq” mərhələsi: abituriyentlərin hazırlıq sistemi DƏYİŞƏCƏK

Buraxılış imtahanları

18 May 2026, 09:15
Xarici dil üzrə “danışıq” mərhələsi: abituriyentlərin hazırlıq sistemi DƏYİŞƏCƏK

DİM-in İdarə Heyətinin sədri Mələkə Abbaszadə qeyd edib ki, gələcəkdə xarici dil üzrə danışıq bacarığı da qiymətləndirilə bilər. 

Bu dəyişiklik şagirdlərin hazırlıq strategiyasına necə təsir edəcək? Azərbaycanda məktəblərdə hazırda speaking bacarığının inkişafı üçün hansı əsas çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün nə edilməlidir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Murad qeyd edib ki, əslində bu təşəbbüsə ehtiyac var:

"Məleykə xanımın irəli sürdüyü ideya təhsil sahəsində atılan mühüm addımlardan biridir. Bu layihə xüsusilə TOEFL və ya IELTS imtahanlarına hazırlaşan şagirdlər üçün ciddi stimul rolunu oynaya bilər. Əgər orta məktəbdən etibarən ingilis dilinin əsas bacarıqları - "reading", "speaking", "listening" və "writing" sistemli şəkildə tədris olunarsa, şagirdlərin dil səviyyəsinin yüksəlməsinə böyük töhfə verər. Hazırda məktəblərdə əsasən mətn üzərində iş, qrammatika və "writing", yəni esse yazımı tətbiq olunur. Yalnız speaking hissəsi yetərincə inkişaf etdirilmir.

Əgər danışıq bacarığının tədrisi də düzgün şəkildə təşkil olunsa, abituriyentlər ingilis dili üzrə daha yüksək səviyyəyə çata bilərlər. Bu da xarici universitetlərə müraciət etmək, IELTS və ya TOEFL imtahanlarında uğur qazanmaq istəyən şagirdlər üçün üstünlük yaradacaq.

Əsas məsələ nəzərdə tutulan layihənin düzgün və effektiv şəkildə həyata keçirilməsidir. Bunun üçün isə təkcə Dövlət İmtahan Mərkəzinin səyləri kifayət etməz. Elm və Təhsil Nazirliyi də bu prosesə aktiv şəkildə qoşulmalı və sistem orta məktəblərdən başlayaraq tətbiq olunmalıdır. Əks halda, abituriyentlər yenə də son bir-iki ildə əlavə hazırlıq yükü ilə qarşılaşacaqlar ki, bu da onlarda yorğunluq və bezginlik yarada bilər. Ümumilikdə isə təşəbbüs müsbət və perspektivli addımdır”.

Moskvada ard-arda PARTLAYIŞLAR - Ukraynadan dağıdıcı hücum
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox