Azedu.az

Buraxılış imtahanında 1 472 şagird 0 bal topladı - Ən çox hansı fəndə?

Buraxılış imtahanları

21 İyul 2026, 09:13
Buraxılış imtahanında 1 472 şagird 0 bal topladı - Ən çox hansı fəndə?

Ümumi orta təhsil səviyyəsi üzrə IX sinif şagirdlərinin buraxılış imtahanında xarici dil fənləri üzrə, eləcə də tədris dili Azərbaycan dili olmayan məktəblərdə təhsil alan şagirdlərin dövlət dili kimi Azərbaycan dili fənni üzrə imtahan nəticələri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənləri və dövlət dili kimi Azərbaycan dili fənni üzrə ümumilikdə 170 823 nəfər iştirak edib. Onlardan 1 472 nəfəri 0 nisbi bal toplayıb.

İngilis dili fənni üzrə buraxılış imtahanında ümumilikdə 137 627 nəfər iştirak edib. İştirakçıların 1 175 nəfəri (0,85%) 0 nisbi bal toplayıb. 44 609 nəfər (32,41%) 0-20 bal, 37 860 nəfər (27,51%) 20-40 bal, 18 254 nəfər (13,26%) 40-60 bal, 16 288 nəfər (11,83%) 60-80 bal, 19 441 nəfər (14,13%) isə 80-100 bal intervalında nəticə göstərib.

Fransız dili fənni üzrə buraxılış imtahanında ümumilikdə 2 287 nəfər iştirak edib. İştirakçıların 31 nəfəri (1,36%) 0 nisbi bal toplayıb. 1 305 nəfər (57,06%) 0-20 bal, 664 nəfər (29,03%) 20-40 bal, 181 nəfər (7,91%) 40-60 bal, 77 nəfər (3,37%) 60-80 bal, 29 nəfər (1,27%) isə 80-100 bal intervalında nəticə göstərib.

Alman dili fənni üzrə buraxılış imtahanında ümumilikdə 1 127 nəfər iştirak edib. İştirakçıların 9 nəfəri (0,80%) 0 nisbi bal toplayıb. 440 nəfər (39,04%) 0-20 bal, 349 nəfər (30,97%) 20-40 bal, 172 nəfər (15,26%) 40-60 bal, 105 nəfər (9,32%) 60-80 bal, 52 nəfər (4,61%) isə 80-100 bal intervalında nəticə göstərib.

Ərəb dili fənni üzrə buraxılış imtahanında ümumilikdə 6 nəfər iştirak edib. İştirakçılar arasında 0 nisbi bal toplayan olmayıb. 5 nəfər (83,33%) 0-20 bal, 1 nəfər (16,67%) 20-40 bal intervalında nəticə göstərib. 40-60, 60-80 və 80-100 bal intervallarında nəticə göstərən iştirakçı olmayıb.

Rus dili fənni üzrə buraxılış imtahanında ümumilikdə 15 054 nəfər iştirak edib. İştirakçıların 249 nəfəri (1,65%) 0 nisbi bal toplayıb. 8 398 nəfər (55,79%) 0-20 bal, 4 142 nəfər (27,51%) 20-40 bal, 1 263 nəfər (8,39%) 40-60 bal, 555 nəfər (3,69%) 60-80 bal, 447 nəfər (2,97%) isə 80-100 bal intervalında nəticə göstərib.

Azərbaycan dili (dövlət dili) fənni üzrə buraxılış imtahanında ümumilikdə 14 722 nəfər iştirak edib. İştirakçıların 8 nəfəri (0,05%) 0 nisbi bal toplayıb. 1 105 nəfər (7,51%) 0-20 bal, 2 530 nəfər (17,19%) 20-40 bal, 3 535 nəfər (24,01%) 40-60 bal, 4 580 nəfər (31,11%) 60-80 bal, 2 964 nəfər (20,13%) isə 80-100 bal intervalında nəticə göstərib.

Nəticələrin bölgüsünə əsasən, Azərbaycan dili (dövlət dili) fənni istisna olmaqla bütün xarici dil fənləri üzrə iştirakçıların ən böyük hissəsi 0-20 bal intervalında nəticə göstərib. Dövlət dili kimi Azərbaycan dili fənni üzrə isə iştirakçıların ən böyük qismi 60-80 bal intervalında nəticə əldə edib.

İranla Rusiya Xəzərdə gizli əməliyyat keçirdi - Detallar ÜZƏ ÇIXDI
Son xəbərlərDaha çox