Azedu.az

Rektor: “Təhsil yalnız məlumat verməməli, düşünməyi də öyrətməlidir”

AzEdu Təhsil Platforması

5 Oktyabr 2026, 10:19
Rektor: “Təhsil yalnız məlumat verməməli, düşünməyi də öyrətməlidir”

“Məlumatın həcmi artdıqca onun seçilməsi, təhlili və düzgün qiymətləndirilməsi daha böyük əhəmiyyət qazanır”

AzEdu.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı deyib.

Elçin Babayev bildirib ki, müəllim yalnız bilik verən şəxs deyil, eyni zamanda düşünməyi, öyrənməyi və düzgün seçim etməyi öyrədən böyük bir şəxsiyyətdir.

Rektor çıxışında müasir dünyada baş verən sürətli dəyişikliklərə diqqət çəkib:

“Müasir dünya sürətli və fundamental dəyişikliklər mərhələsinə keçir. Süni intellekt həyatın və əmək bazarının bütün sahələrinə ağlasığmaz sürətlə inteqrasiya olunur, yeni peşələr yaranır, bəzi peşələr isə sıradan çıxır. Qlobal çağırışlar öz növbəsində daha da mürəkkəbləşir.

Bütün bunlar təhsil verənlərin qarşısında mühüm suallar qoyur. Gələcəyin insanını necə hazırlamalıyıq? Təhsil müəssisələri dəyişən dünyaya necə uyğunlaşmalı, eyni zamanda öz fundamental missiyasını necə qorumalıdır?

Bu gün tələbə və ya şagird auditoriyaya dünyanın ən böyük informasiya resurslarını özü ilə gətirir. Suallar verir və cavab dərhal onun qarşısına çıxır. Bu yeni reallıq yeni bir sual doğurur: Əgər məlumatı artıq əldə etmək əsas problem deyilsə, təhsil müəssisəsinin əsas missiyası bu gün nədir?

Cavab nisbətən aydındır. Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə düşünməyi də öyrətməlidir. Çünki məlumatın həcmi artdıqca onun seçilməsi, təhlili və düzgün qiymətləndirilməsi daha böyük əhəmiyyət qazanır”.

Rektor çıxışının əvvəlində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil ictimaiyyətini və fədakar müəllimləri də təbrik edib, onlara möhkəm cansağlığı və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?-
Son xəbərlərDaha çox