Azedu.az

Uşağın bağçaya qeydiyyatı zamanı cavab niyə gec gəlir?-SƏBƏB

Məktəbəqədər təhsil

13 Dekabr 2022, 12:08
Uşağın bağçaya qeydiyyatı zamanı cavab niyə gec gəlir?-SƏBƏB

 

Məktəbəqədər təhsil müəssisələri və onlara qeydiyyatla bağlı hələ də bir çox məsələlər öz həllini tapmayıb. Valideynlərin xüsusən də qeydiyyat prosesi ilə bağlı narazılıqları bu gün də davam etməkdədir.

 

Bağçalarla bağlı ən çox verilən suallardan biri də məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılan uşaqların cavablarının gec gəlməsi və ya gəlməməsidir.

 

Bəs bağçalara növbəyə yazılan uşaqların qəbulu necə həyata keçirilir?

 

AzEdu.az xəbər verir ki, mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi 1 (bir) ay müddətində həyata keçirilir.

 

Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir. Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz (üstünlüyü olmayanlar) uşaqların yerləşdirilməsi təmin olunur.

 

 

 

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox