Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 09:48:00
Magistraturaya qəbul imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı verəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 20-də keçiriləcək.

 

“İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (buraxılış vərəqəsi ilə birlikdə çap edilir, imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir) və “Yaddaş kitabçası”nı çap etmək üçün DİM-in saytında müvafiq linkə daxil olmaq lazımdır.

 

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.