
2021-11-28 11:38:00
Distant təhsildə çağırışlar və nailiyyətlər konfransına sayılı günlər qalıb
ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.
AzEdu.az xəbər verir ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq.
Sözügedən konfransın gündəliyində “Elektron öyrənmə platformalarının bazarda artan rolu” adlı panel müzakirəsi yer alacaq. Panel müzakirəsi zamanı spikerlər elektron öyrənmə platformalarının distant təhsildə rolu, əldə olunan nailiyyətlər, onlayn təhsilə müxtəlif yanaşma strategiyaları, ali və orta ixtisas təhsili müəssisələri ilə mövcud əməkdaşlıq imkanları, elektron öyrənmə platformalarının cəmiyyətdə yaratdığı pozitiv dəyişiklik, beynəlxalq əməkdaşlıq imkanları kimi məqamlara toxunacaq və mövcud sualları cavablandıracaqlar.
Panel müzakirəsinin spikerləri ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova, "Safavy.org" onlayn təhsil platformasının həmtəsisçisi və direktoru Könül Quliyeva, "Khan Academy Azərbaycanca"nın rəhbəri Leyla Qasımova və "Microsoft Azerbaijan"nın təhsil həlləri üzrə mütəxəssisi Emin Axundov olacaq.
Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.
Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa
Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.
Bu bölməyə aid digər xəbərlər
Yaponiyada 2022-2023-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı
2022-05-24 13:00:00
Magistraturanın qabiliyyət imtahanlarına qeydiyyat BU TARİXDƏ aparılacaq
2022-05-24 12:39:58
Diplomu olmayan din xadimləri mərhələli şəkildə işdən azad olunacaq
2022-05-24 12:17:02
Xaricdə dini təhsil alanlar məscidlərdə vakant vəzifə tuta biləcək
2022-05-24 12:00:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 427 nəfər qeydiyyatdan keçib
2022-05-24 12:00:00
Din xadimləri test imtahanı verəcəklər
2022-05-24 11:42:00
Hazırlıq kurslarına qeydiyyat aparılır-DIM
2022-05-24 11:30:00
Respublika fənn olimpiadalarında 55 nəfər Bakı məktəblisi qalib olub
2022-05-24 10:57:00
Magistraturaya hazırlaşanların DİQQƏTİNƏ -Dinləmə mətn nümunələri
2022-05-24 10:36:00
Göyçayda məktəb direktoru vəfat edib
2022-05-24 10:20:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-05-18 11:14:58
Bu şəxşlər sertifikasiya prosesindən keçmiş hesab olunur - Rəsmi Cavab

2022-05-16 17:02:00
İmtahanların apellyasiya nəticələri AÇIQLANDI- 668 şagirdin qiymətində dəyişiklik EDİLDİ

2022-05-19 18:21:00
Sertifikasiya ilə bağlı yeni sənəd müəllimlərə təqdim ediləcək - TEZLİKLƏ

2022-05-16 09:36:00
Sertifikasiyada məzmun sahələri üzrə mövzular – İbtidai SİNİF

2022-05-23 12:53:00
Direktor və müavinləri də mütləq sertifikasiyadan keçməlidirlər -Gözlənilməz TƏKLİF

2022-05-18 11:50:00
İbtidai sinif müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ-MİQ test nümunələri

2022-05-16 10:27:00
Riyaziyyat üzrə sertifikasiya mövzuları - DİQQƏT

2022-05-16 16:47:00
23-24 apreldə keçirilən imtahanların cavabları nə vaxt bilinəcək?- DİQQƏT

SORĞU
FACEBOOK