Azedu.az

"Böyük qayıdış"ın məktəbləri -  Qarabağ və Şərqi Zəngəzurdakı SON SAY

Xəbərlər

11 Sentyabr 2026, 10:41
"Böyük qayıdış"ın məktəbləri -  Qarabağ və Şərqi Zəngəzurdakı SON SAY

“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq.

AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

Eşqi Bağırov “Böyük Qayıdış” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil xidmətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Onun sözlərinə görə, ötən tədris ilində “Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb.

Agentlik direktorunun sözlərinə görə, yeni tədris ilindən bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

O bildirib ki, ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox