Azedu.az

Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar  

Orta təhsil

25 İyul 2021, 10:48
Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar  

Litvada Beynəlxalq Fizika Olimpiadası təşkil edilib.

Təhsil Nazirliyindən  bildirilib ki, məktəblilərimiz olimpiadaya Təhsil Texnologiyaları Mərkəzindən virtual formada qoşulublar.

Olimpiadaya qatılan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Murad Bəşirov və Sirac Yəhyazadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox