Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 14:02:00
Müəllimlərin sertifikasiyasında bu mövzulardan suallar salınacaq – Test mərhələsi

 

 

 

Dövlət ümumitəhsil müəssisələrində çalışan təhsilverənlərin  sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

 

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin bu təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. 

 

 

Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

 

 

Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.

 

 

Namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 test tapşırığı təqdim ediləcək. Bunlar təlim strategiyası və təlim metodikası olmaq üzrə iki yerə ayrılır.

 

 

AzEdu.az bloklar üzrə hansı mövzuların test imtahanına salınacağını təqdim edir:

 

 

Belə ki, təlim strategiyası üzrə: müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edəcək.

 

 

Təlim metodikası üzrə isə:fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər,bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri mövzuları daxildir.

 

 

İştirak edəcək müəllimlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları