Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-27 13:12:00
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunu bu tarixdə başa çatacaq  

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı elan edilən 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlər 2021-ci il yanvarın 15-i saat 23:59-dək müraciət edə bilərlər.

 

Xatırladaq ki, proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

 

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər.