Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 14:00:47
İsveçrədə təqaüdlə  təhsil almaq  istəyənlər üçün  ƏLA ŞANS – Tamamilə MALİYYƏLƏŞDİRİLİR

 

 

İsveçrənin  ETH   Sürix  Universiteti  2021 – ci  ildə  beynəlxalq  tələbələr  üçün  öz  qapılarını  açır.

 

AzEdu.az   xəbər  verir  ki, universitet  ETH  Zurich  Excellence  Scholarhip  in  Switzerland  2021  proqramı  çərçivəsində  xarici  tələbələr  üçün tamamilə maliyyələşdirilən  sənəd  qəbulu  elan  edir.

 

Universitetdə  tələbələr  üçün  iki  təqaüd  proqramı  mövcuddur: ETH  Excellence  Scholarship & Opportunity  Program və  ETH – D Scholarship. Tələbələr  istədikləri  təqdirdə  hər  iki  təqaüd  proqramını  seçə  bilərlər.

 

Bu  proqramlar  tələbələrin  karyeralarına  Avropada  başlamaları  üçün  əla  fürsətdir.

 

İxtisasından  asılı  olmayaraq  magistr  üzrə  təhsil  almış  hər  bir  şəxs  müraciət  edə  bilər. Bu  proqram  tələbələri  təqaüdlə  və  lazımı  təməl  şəbəkə  ilə  təmin  edir, gələcək  karyerası  üzrə  istiqamətləndirir.

 

Eyni  zamanda  təhsil  aldığı  müddətdə  tələbələr  üçün  müxtəlif  sahələr  üzrə  özünü  inkişaf  tədbirləri  həyata  keçirir.

 

Təqaüd  proqramı  tələbələrə  başqa  nə  kimi  dəstək  göstərir?

 

1.Yaşayış  xərclərini  qarşılamaq  üçün  aylıq  təqaüd

2.Bir  semestrlik  təhsil  xərci  üçün  12 000  İsveçrə  pulu

3.Təhsil haqqlarından tam  azad  edilir

 

ETH   Sürix  Universiteti  proqram  çərçivəsində  1 il 6 ay və ya 2  il  müddətində  magistr  dərəcəsi  üçün  aşağıdakı  sahələr  üzrə  təqaüd  imkanı  təklif  edir:

 

1.Memarlıq  və  mühəndislik

2.Mühəndislik  elmləri

3.Təbiət elmləri  və  riyaziyyat

4.Sistem  yönümlü  təbiət  elmləri

5.Menecment  və  sosial elmlər

 

Müraciət  üçün  aşağıdakı  sənədlər  tələb  olunur:

 

1.Müraciət  forumu

 2.Motivasiya məktubu (1 və ya 2 səhifə)

 3.CV forması

4.Sizin haqqınızda  iki  tövsiyyə  məktubu

5.Magistr  tezisiniz  haqqında  əvvəlcədən  təqdim  etdiyiniz  üraciət

 

Müraciət  üçün  son  tarix  15  Dekabr  2020-ci  ildir.

 

Qeyd  edək  ki, təqaüd  proqramı  ilə  bağlı  müraciət  və  əlavə  məlumat  üçün  buraya  daxil  ola  bilərsiz.