https://www.zirve.edu.az/
17.11.2020 16:27
Cəmi 3 aya xarici dil öyrənmənin 6 qızıl qaydası – Çox vacib  

 

 

 

AzEdu.az xarici KİV-ə istinadən 3 ay müddətində, yəni çox  qısa zaman kəsimində  istənilən xarici dili öyrənməyin  sınanmış  6  təməl qaydasını təqdim edir:

 

Həmin dildə ən çox istifadə edilən sözləri tapmaq

 

Bir dili sürətlə  öyənmənin effektiv yollarından biri, həmin dilin lüğət tərkibində ən çox istifadə edilən, daha ümumişlək xarakter daşıyan   600  sözün tapılmasıdır.

 

Bunlardan 500-ü isim, sifət, say, zərf  bağlayıcı, 100-ü isə feillər olmalıdır. Sözləri tapmaq üçün xüsusi güc sərf etməyə ehtiyac yoxdur.  “Google”  axtarış sistemi vasitəsilə demək olar ki, hər dildə ən çox istifadə edilən sözlərin oəks olunduğu  müxtəlif saytlar tapmaq mümkündür.

 

Bunun üçün sizə bir həftədən də az vaxt lazım olacaq.

 

Səs və hərfləri  öyrənin

 

Hazırda tez-tez yol verdiyimiz  səhvlərdən  biri də tələffüzdən  əvvəl qrammatikanı öyrənməkdir.

Bu vərdiş  öyrənməni  yavaşladaraq həvəsinizi öldürə bilər.  Xarici dildə ən çox istifadə olunan sözlərin siyahısını əldə etdikdən sonra   təqribən  bir həftə ərzində   onların düzgün oxunmasını, səsləndirilməsini  mənimsəmək lazımdır. 

Yalnız bundan sonra həmin xarici dilin  qrammatikasını öyrənmək olar. Bu zaman  işlərin necə asanlaşdığını özünüz də  hiss edəcəksiniz.

 

 

Tapdığınız sözləri əzbərləyin

 

Sözlərin tələffüzünü mənimsədikdən sonra onların mənasını, dilimizdə  nəyi ifadə etdiyini  öyrənməyə başlayın. Araşdırmalara görə əcnəbi  sözləri  əzbərləməyin ən asan yolu bu işi şəkillər vasitəsilə həyata keçirməkdir.   

 

Sözlərin mənasını gözəl bir rəsmlə yadda saxlayın. Qısa zamanda 600 sözü sadəcə şəkillərlə sıraya düzdükdə belə o dildəki qarşılığını mükəmməl tələffüzü ilə biləcəksiniz.

 

Sözləri  cümlə daxilində bir araya gətirin

 

Bir ay ərzində sözlərin düzgün tələffüz və mənasını öyrəndikdən sonra  işin qrammatika hissəsinə keçə bilərsiniz.  

 

Böyük ağ karton götürün və dilimizdəki ən sadə cümlələrdən nümunələri xarici dildəki tərcümələri ilə qarşılıqlı formada yazın.

 

Həmin qaydalara əsasən  müxtəlif cümlələr qurmağa çalışın. Beləcə, dilin qrammatik qaydaları beyninizə avtomatik həkk olunacaq. Bunun üçün sizə 1 həftə sizə kifayət edəcək.

 

Öyrəndikləriniz tətbiq edin

 

Müasir öyrənmə yollarında biri də müəllimlərin dərsi şagirdlərə canlı dialoq  formasında çatdırmasıdır. 

 

Bu üsuldan istifadə edərək, 3 həftə ərzində dilin bütün qaydalarını 2-3 nəfərin söhbətində də öyrənə bilərsiniz.

 

Xarici dildə danışa biləcəyiniz dostlar  tapın. Söhbət zamanı qrammatika şablonu və öyrəndiyiniz 600 sözdən istifadə etməkdən çəkinməyin.  3 həftədə özünüzdə inkişafa heyrət edəcəksiniz.