Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-23 16:45:00
  Tarix İnstitutu erməni vandalizmini dünyaya necə çatdırır?-Direktor müavini

 

 

Şanlı Azərbaycan ordusu işğal altında qalan ərazilərimizi azad etdikcə, oradakı maddi mədəni irsimizə nə dərəcədə böyük zərbə vurduqlarının şahidi oluruq.

 

Təbii ki, erməni vandalizminin milli irsimizə vurduğu bu zərbələr  dünya ictimaiyyətinə çatdırılmalı, aidiyyatı qurumlar bu əsnada üzərinə düşəcək işləri görməlidirlər.

 

AzEdu.az-a açıqlamasında erməni vandalizmindən, onların milli irsimizi məhv etməsindən danışan  AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, bu istiqamətdə institunun gördüyü işlərdən də danışıb. O....

 

“Azərbaycan respublikasına aid olan abidələr,  onlara dəyən zərər hamısı AMEA-nın Tarix İnstitutu  tərəfindən qeydə alınır.  Ordumuzun  şanlı qələbəsi nəticəsində  torpaqlarımız  işğaldan tam azad olunduqdan sonra  buradakı tarixi abidələrin   hər biri  Tarix İnstitutu tərəfindən tədqiq ediləcək.  

 

Məsələn,  Füzuli, Cəbrayıl, Zəngilanda dağıdılmış çox sayda maddi mədəni abidələrimiz var.  Bu işlərin hər biri  Tarix İnstitutunun daim diqqət mərkəzindədir.

 

Qərbi Azərbaycan ərazisində yerləşən XIII əsrə aid Cəfərəbad məqbərəsinin və İrəvan şəhərinin ermənilər tərəfindən dağıdılması ilə bağlı ciddi reaksiya vermişik.

 

Qarabağda ərazisində olan abidələrin, Şuşadakı Xan Sarayının, Gövhərağa məscidinin və s.-in dağıdılması bizim əsərlərimizdə daim öz əksini tapır.  

 

Azıx mağarası Azərbaycan xalqının əcdadlarına məxsus bir irsdir. Onun saxtalaşdırılması, erməni adı verilməsi yolverilməzdir. 27 il ərzində mütəmadi olaraq baş verən proseslərə daim  münasibətimizi bildirmişik.  Məqalələr yazıb beynəlxalq tədbirlərdə konfranslarda daim münasibətimizi bildirmişik.

 

2014-cü ildə də Qarabağın  tarixi abidələri,   maddi mənədni irsinin necə dağıdılması, məhv edilməsi barədə yazılar hazırlamışıq.  O zaman imkanımız çatan qədər, əldə olan məlumatlar əsasında bu materialları hazırlaya bildik.

 

Bu haqda olan yazıları  bir neçə dildə, hətta erməni dilində çap etdiririk. Onların etdiyi cinayəti daim dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.  Ümumiyyətlə,  Tarix   İnstitutu  daim ideoloji müharibədə   prezidentin çağırışlarına cavab verib”. 

 

Açıqlamasında Cəbi Bahramov ordumuzun uğurlarından da söz açdı:

 

Biz  bu kimi məsələləri bütün genişliyi  ilə  tədqiq edib ən azı 3 dildə dünya ictimayətini məlumatlandırır,   bütün  sosial şəbəkələr vasitəsilə yayırıq.  Sizə  bir fakt deyəcəm: 1992-ci ildən 2008-ci ilə qədər ermənilərə  təmənnasız göstərilən yardımın miqdarı  4 milyard 356 milyon dollardır. 

 

Biz öz gücümüzü  indi göstəririk, Ermənistana dəstək olan dövlətlərin heç biri səslərini çıxara bilmirlər.  Biz öz gücümüzü göstəririk, göstərəcəyik. Cənab prezidentin də dediyi kimi heç kimin  cəsarəti çatmayacaq ki  bizlə hədə qorxu ilə danışsınlar.  Erməni nasizminə son qoymaq lazımdır. Bu məhv edilməkdən  başqa yolu yoxdur. 

 

Biz  beynəlxalq hüququn legitimlik prinsipinə əsaslanaraq, bütün  beynəlxalq hüquq normalarına istinad edərək  o torpaqları geri almalıyıq.  Erməni nasizmi məhv edilməlidir vəssalam . Başqa  yolu yoxdur”.