Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 16:02:00
Oxumağına icazə verməyən atası indi qızıyla qürur duyur-“O, qızların ümidi oldu”

Türkiyənin Hakkari əyalətinin Örnək kəndində atasının təhsil almağa icazə vermədiyi Xədicə Temir bacısının yanına köçüb orada məktəbə başlayıb. Bütün əngəllərə və çətinliklərə baxmayaraq, orta təhsili daha sonra universiteti bitirib. Universitet məzunu olaraq qayıtdığı kəndində özü kimi oxumağına əngəl törədilən qızlara kömək üçün dərnək qurdu. Bu dərnəkdə həmçinin oxuma-yazma bilməyənlərə də əlifba başdan öyrədilir.

 

X.Temir ibtidai sinfi bitirdikdən sonra ailəsinin onun oxumasına icazə vermədiyini bildirdi.  Həmin günlər haqda bunları qeyd etdi:

 

“Mən daha çox inad edərək qazandım. Hər zaman tərifnamələr alırdım. Qardaşım həmin tərifnamələri evin divarından asırdı. Ailəm liseyi də uğurlu bitirəcəyim təqdirdə universitet üçün əngəl olmayacağını bildirdi. Bu mənim üçün dönüş nöqtəsi oldu. Kənddəki qızlar üçün ümid olmaq istəyirəm”.

 

Hədəfimiz qızları iqtisadiyyata qazandırmaqdır

 

Dərnəkdə oxuma-yazma və rəsm kursu açdıq. Oxuma və yazma öyrənmədən ölmək istəməyən qadınları da gördük. Beləcə getdikcə dərnəyimiz böyüdü”.

 

“Həm peşmanam, həm də qürurluyam”

 

Kənddə təsərrüfatla məşğul olan 10 uşaq atası Camal Temir Xədicənin ondan xəbərsiz məktəbə başladığını bildirdi. İndi həm peşmanam, həm də qürurluyam. Kaşki zamanında qızıma təhsil üçün dəstək ola bilsəydim. O, öz-özünə oxudu. Oxumaması üçün əlimdən gələni etdim, lakin o qazandı. Dərnək açdı, qızların ümidi oldu. Buradan bütün qız atalarına səslənirəm: Mən oxutmaq istəmədim, lakin siz mütləq qızlarınızı oxudun!

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları