Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 11:00:00
Məktəbdə  nümunəvi təhlükəsizlik addımı –  “Şagirdlərimiz A, B , C , E  və  D qapılarından daxil ola bilirlər”- Direktor  

 

“Azərbaycan cəmiyyətində valideynlər övladları üçün  bilik, bacarıq və səriştənin daha önəmli olduğunu anlamırlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında 189-190 nömrəli məktəbin direktoru Ceyran Quliyeva deyib.

 

“Təəssüf  ki, Azərbaycan cəmiyyətində valideynlər övladları üçün  bilik, bacarıq və səriştənin daha önəmli olduğunu anlamırlar. Bu baxımdan onların böyük əksəriyyəti  övladlarının qiyməti  almalarını daha üstün tuturlar. Bu məni həmişə narahat edib.

 

Bilik günündə birinci dərs həmişə müəyyən məsələlərə həsr olunub. İlk dəfə bu il ibtidai siniflərin ibirinci dərsi məhz pandemiya ilə mübarizə  tədbirlərinə həsr olunub. Digər siniflərdə isə buna uyğun müvafiq mövzular tətbiq olunub. Onlayn dərslərdə mütləq şəkildə bu mövzular şagirdlərə çatdırılıb. Ən çətin məqamlardan biri  təşkilati məsələlərdir. Məktəblərin hamısının həyətində  ara məsafəsinin gözlənilməsi məqsədi ilə  müəyyən işarələr qoyulub. Müsbət hal odur ki, bizim 5 çıxış nöqtəmiz var. Cədvəllərə uyğun olaraq şagirdlərimiz A, B , C , E  və  D qapılarından daxil ola bilərlər”.

 

Direktor məktəblərin növbəli şəkildə fəaliyyətindən söz açıb:

 

“Sinif rəhbəri tərəfindən valideynlərə məlumat verilib ki, həftənin 1 və 3-cü günləri bir qrup, 2 və 4-cü günləri isə digər qruplar gələcək. Dərs cədvəlləri  onlara onlayn şəkildə göndərilib. Eyni zamanda valideyn  övladının hansı qapıdan gələcəyini öncədən bilir. A qapısı 189 nömrəli məktəbin, B  190-nın əsas giriş qapısıdır. Hər qapının qarşısında digər qapılara istiqamət üçün işarələr qoyulub.

 

Onlayn dərs keçən müəllimləri cəlb etmişik ki, şagirdlər siniflərə daxil olana qədər  ara məsafənin gözlənilməsinə nəzarət etsinlər”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları