Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-26 10:46:00
Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar

Britaniyada qeyri-ərzaq dükanları iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin Baş nNairi Boris Conson brifinqdə deyib.

Qeyri-ərzaq dükanlarının açılışı 23 martda koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin yumşaldılmasının ikinci mərhələsində nəzərdə tutulub.

 

Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqləyib.