https://www.zirve.edu.az/
23.05.2020 13:33
UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq
Çap et

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin MBA proqramında magistratura səviyyəsində 3 yeni ixtisas üzrə kadr hazırlığı aparılacaq.

 

AzEdu.az xəbər verir ki, 2020/2021-ci tədris ilindən UNEC-in MBA proqramına “Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi”, “Kibertəhlükəsizlik”, “Vergi idarəetməsi və vergi planlaşdırması” ixtisaslaşmaları üzrə magistr qəbulu həyata keçiriləcək.

 

Ötən tədris ilində də UNEC-ə 3 yeni ixtisaslaşma - “Biznes analitikası”, “Risklərin idarə edilməsi” və “Sosial media marketinqi” üzrə magistr qəbulu aparılıb və qəbul planı 100 faiz yerinə yetirilib.

 

Beləliklə, UNEC-də 2020/2021-ci tədris ilində MBA proqramında 20 ixtisaslaşma üzrə kadr hazırlığı  aparılacaq: Beynəlxalq biznes; Biznesin idarə edilməsi (ümumi təyinatlı); Biznes və data analitikası; İnsan resurslarının idarə edilməsi; Maliyyə; Marketinq; Menecment; Mühasibat uçotu; Qiymətlı kağızlar; Layihələrin idarə edilməsi; İdmanın idarə edilməsi; Bank və sığortanın idarə edilməsi; Mühəndislik və idarəetmə riskləri; Risklərin idarə olunması; Səhiyyənin idarəedilməsi; Turizm və otelçiliyin idarəedilməsi; Sosial media marketinqi; Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; Kiber təhlükəsizlik; Vergi idarəetməsi və vergi planlaşdırması.

 

UNEC Biznes Məktəbində tədris 3 dildə (azərbaycan, rus, ingilis) Amerikanın və Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir.