Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 11:38:00
Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “MARS Academy” şirkəti arasında imzalanmış memoranduma əsasən robot texnologiyaları təlim mərkəzinin açılışı baş tutub.

 Yeni robot texnologiyaları təlim mərkəzində proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət istiqamətində qısa müddətli kurslar təşkil olunacaq. Təlim iştirakçıları mikroçiplərin iş prinsipi, robotların proqramlaşdırılması və mühəndisliyin əsaslarını öyrənmək imkanı əldə edəcəklər. Nəticədə təhsilalanların məntiqi inkişafı və alqoritmik düşüncə tərzinə dəstək veriləcək.

 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qurulmuş robot texnologiyaları təlim mərkəzindəki təlimlərə qatılmaq üçün mərkəzin sosial şəbəkədəki səhifəsinə (www.facebook.com/bakustateindustryinnovation/) müraciət etmək mümkündür.