Azedu.az

Azərbaycanlı tələbə European Judo Cup”da bürünc medal qazanıb

Peşə təhsili

12 May 2026, 16:48
Azərbaycanlı tələbə European Judo Cup”da bürünc medal qazanıb

İstanbul şəhərində keçirilən nüfuzlu “European Judo Cup” beynəlxalq turnirində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin “Binaların tikintisi və istismarı” qrupunun tələbəsi Sadiq İsgəndərli uğurla çıxış edib.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 27 ölkədən 515 idmançının iştirak etdiyi Avropa Kubokunda tələbəmiz böyük əzmkarlıq nümayiş etdirərək 66 kq çəki dərəcəsində 7 görüş keçirib.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Sadiq İsgəndərli yarışın yekununda III yerə layiq görülərək bürünc medal qazanıb və ölkəmizi layiqincə təmsil edib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox