Azedu.az

Peşə təhsilinə marağı necə artıraq? - Nələr dəyişməlidir?

Peşə təhsili

11 May 2026, 16:16
Peşə təhsilinə marağı necə artıraq? - Nələr dəyişməlidir?

Peşə təhsili müasir əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır. Son illərdə bu sahədə müəyyən inkişaf müşahidə olunsa da, peşə təhsilinin cəmiyyətdə nüfuzu, seçim prioritetləri və əmək bazarındakı mövqeyi baxımından hələ də bir sıra problemlər mövcuddur.

Xüsusilə gənclərin ali təhsilə daha çox üstünlük verməsi, peşə təhsilinin isə ikinci planda qalması bu istiqamətdə daha sistemli və məqsədyönlü addımların atılmasını zəruri edir. Peşə təhsilinin inkişafı üçün həm təbliğat işlərinin gücləndirilməsi, həm də tədris və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda peşə təhsilinə marağın artırılması və bu sahənin əmək bazarındakı mövqeyinin gücləndirilməsi üçün hansı addımların atılması vacib hesab olunur?

Mövzu ilə bağlı AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, peşə təhsili və onun əmək bazarındakı mövqeyini inkişaf etdirmək üçün ilk növbədə bu istiqamətdə təbliğat-təşviqat işlərinin mütəmadi və intensiv şəkildə aparılması vacibdir:

182993

"Hazırda ölkədə fəaliyyət göstərən bir çox peşə tədrisi müəssisələri əmək bazarının tələblərinə yüksək səviyyədə cavab verir və praktik yönümlülüyü ilə seçilir. Buna baxmayaraq, nüfuz və seçim baxımından ali təhsil müəssisələri, hətta kolleclərlə müqayisədə geri qalır.

Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin, həmçinin onun tabeliyində fəaliyyət göstərən Peşə Təhsili üzrə Dövlət Agentliyinin ayrıca təbliğat strategiyası hazırlaması və geniş auditoriyalar arasında maarifləndirmə işlərini daha intensiv şəkildə həyata keçirməsi faydalı olardı.Peşə təhsili müəssisələri üçün hazırlanan dərsliklərin keyfiyyəti ilə bağlı ayrıca monitorinqlərin aparılması vacib məsələlərdən biridir. Həmin vəsaitlərin nəzəri və praktiki baxımdan yetərliliyinin xüsusi komissiyalar tərəfindən qiymətləndirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsinə ciddi töhfə verə bilər.

Orta ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində olduğu kimi, peşə təhsili müəssisələrinə də müəllim və ixtisas təlimi ustalarının qəbulu xüsusi müsabiqə yolu ilə həyata keçirilir. Lakin peşə təhsili müəssisələrinə keçirilən işəqəbul imtahanlarının təhsil sektorunda kölgədə qalması və geniş müzakirə obyektinə çevrilməməsi diqqət çəkən məqamlardandır.

Peşə təhsili müəssisələrinə müəllimlərin, ixtisas təlimi ustalarının və digər kadrların marağını artırmaq, eləcə də prosesi daha rəqabətli və intensiv şəkildə təşkil etmək məqsədilə PTDA tərəfindən xüsusi fəaliyyət proqramının hazırlanması mütərəqqi addım hesab oluna bilər.

Ümumi profilli peşə təhsili müəssisələri ilə yanaşı, konkret bir istiqamət üzrə ixtisaslaşmış ayrıca peşə məktəblərinin fəaliyyət göstərməsi də olduqca zəruridir. Xüsusilə İT və kompüter texnologiyaları sahəsində ayrıca peşə məktəblərinin və mərkəzlərinin yaradılması bu sahəyə marağı əhəmiyyətli dərəcədə artıra bilər".

Həmsöhbətimiz bildirib ki, peşə təhsilinə marağın artırılmasına təsir edən əsas amillərdən biri də tələbələrə verilən təqaüdlərin məbləğidir:

"Bu istiqamətdə təqaüdlərin artırılması gənclərin peşə təhsilinə marağını daha da yüksəldə bilər.Peşə təhsili müəssisələrinin sahib olduqları texniki baza və infrastrukturun müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması vacib məsələlərdəndir. Bu məqsədlə müəssisələrdə mövcud boşluqlar müəyyənləşdirilməli, laboratoriyalar, emalatxanalar və digər texniki imkanlar gücləndirilməlidir.

Peşə təhsili müəssisələrində axşam dərslərinin və axşam növbələrinin yaradılması da məqsədəuyğun hesab olunur. Çünki bu müəssisələrdə təhsil almaq və müəyyən ixtisasa yiyələnmək istəyən şəxslərin bir qismi hazırda müxtəlif sahələrdə çalışır və gündüz saatlarında iş yerlərini tərk etmək imkanına malik olmurlar. Bu baxımdan, işləyən şəxslər nəzərə alınaraq axşam dərslərinin təşkili peşə təhsilinə əlçatanlığı artıran mühüm addımlardan biri ola bilər".

Ermənistanı boşamaq istəmirik! - Rusiyadan şok açıqlama
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox