Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “WorldSkills Azerbaijan”ın əməkdaşlığı ilə keçirilən aşpazlıq üzrə milli yarış uğurla başa çatıb.
Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Yarışın qalibi- Cavid Məmmədov Azərbaycanı “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında təmsil edəcək.
Qeyd edək ki, “WorldSkills” hərəkatı gənc peşəkarların bacarıqlarını qlobal səviyyədə nümayiş etdirməsinə imkan yaradır.