Azedu.az

Peşə məktəblərində qısamüddətli təlimlər başlayıb

Peşə təhsili

29 Aprel 2026, 09:57
Peşə məktəblərində qısamüddətli təlimlər başlayıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda və regionlarda yerləşən peşə təhsili müəssisələrində keçirilən qısamüddətli təlimlərə başlanılıb.

AzEdu.az xəbər verir ki, təlimlərin əsas məqsədi Bakıda və regionlarda məskunlaşan ixtisassız əhalinin, həmçinin işğaldan azad edilmiş ərazilərə qayıdan müvafiq kateqoriyadan olan şəxslərin  kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsi, peşə bacarıqlarının artırılması və əmək bazarına adaptasiyasına dəstəyin göstərilməsidir.

Böyük Qayıdış çərçivəsində keçirilən təlimlərdə yalnız məcburi köçkünlər, Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində keçirilən təlimlərdə isə müvafiq sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər iştirak edirlər.

Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həmçinin təlimçilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslər tərəfindən keçirilir.

Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı il ərzində təşkil edilməsi nəzərdə tutulmuş təlimlər 8 peşə təhsili müəssisəsində 21 ixtisas üzrə, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində 2026-cı ildə təşkil edilməsi nəzərdə tulmuş təlimlər isə 19 peşə təhsili müəssisəsində 19 ixtisas üzrə həyata keçiriləcəkdir.

TƏCİLİ! İran Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox