Azedu.az

Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub

Peşə təhsili

24 Aprel 2026, 11:56
Bakı Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlarla görüş təşkil olunub

24 aprel 2026-cı il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibətilə sahibkarlarla səhər yeməyi formatında görüş təşkil olunub. Tədbirin əsas məqsədi peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi və yeni tərəfdaşlıqların qurulması olub.

AzEdu.az xəbər verir ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış edərək peşə təhsilinin inkişaf istiqamətlərindən bəhs edib. O, dual təhsil modellərinin tətbiqinin genişləndirilməsi, istehsalat təcrübələrinin artırılması və sahibkarlarla birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Mərkəzin direktoru Şaban Cəərçiyev rəhbərlik etdiyi təhsil müəssisəsinin maddi-texniki bazası, tədris imkanları və sənaye ilə inteqrasiya istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat təqdim edib.

Tədbir çərçivəsində peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə bir sıra şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb. Memorandumlar “AAC” MMC, “Allsmart Technologies” MMC, “Tuna Nəşriyyat” QSC, Minera İnşaat, Azərbaycan HR İnstitutu və KVET Əlavə Təhsil Mərkəzi ilə imzalanıb.

 Əməkdaşlıqlar tikinti, ağıllı ev sistemləri, nəşriyyat, insan resurslarının idarə olunması, beynəlxalq təcrübə transferi və innovativ təlim proqramlarının tətbiqi kimi istiqamətləri əhatə edir.

Ermənistanda ARA QARIŞDI - Türkiyə bayrağı yandırıldı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox