Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 15:46:00
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir-Fotolar

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

AzEdu.az xəbər verir ki, budəfəki görüntülər zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikamızın elm, təhsil və iqtisadiyyat sahələrində layiqli töhfələri olan 189 yaşlı Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdəndir.

1830-cu ildə Şuşada birsinifli qəza məktəbi kimi açılan bu tədris ocağı 19 şagirdlə fəaliyyətə başlayıb. Məktəbin yetirmələri arasında Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov kimi məşhur simalar da var. 1966-ci ildə sözügedən təhsil ocağı şəhər orta məktəbi statusu alaraq fəaliyyətini daha geniş şəkildə davam etdirməyə başlayıb.

1992-ci ildən 2015-ci ilə kimi Bakı şəhəri 38 nömrəli tam məktəbdə yerləşən tədris ocağı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara uyğun inşa edilmiş yeni binaya köçürülüb. Məktəbdə  lazımi avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri, sinif otaqları, laboratoriya, idman və akt zalları, sərgi və şahmat otağı fəaliyyət göstərir.

Son 3 ildə məktəb məzunlarının ali məktəbə qəbul göstəricisi 87-90 faiz təşkil edib.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.