Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 09:59:00
Bakıdakı uşaq bağçalarında nöqsanlar aşkarlandı

Artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlamalar aparılır. 

AzEdu.az  xəbər verir ki, qeyd edilən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində geniş tərkibli seminar-müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışmış, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib.

Daha sonra müşavirədə uşaqbağçalarında sanitar-epidimioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.

Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilmiş, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilmişdir. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və  tibb işçiləri tərəfindən ətraflı izahat verilib.

Toplantıda aşkarlanmış nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilmiş və məsələ nəzarətə götürülüb.