Azedu.az

Bağçalarda iş axtaranların NƏZƏRİNƏ - Vakansiya VAR

Məktəbəqədər təhsil

6 İyul 2026, 13:00
Bağçalarda iş axtaranların NƏZƏRİNƏ - Vakansiya VAR

İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur.

AzEdu.az xəbər verir ki, 2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.

Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.
Müraciət etmək üçün:
– İşə qəbul portalına daxil olun;
–  Özünüzə şəxsi kabinet yaradın;
– Məlumatlarınızı sistemə daxil edin;
– Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.

Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:
 –  Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
 –  Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
 – Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
 – Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;

Müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.

İşə qəbul portalına keçid: //vakansiya.ilk5il.az/

Təlimat videosu: //youtu.be/aq5DUIYCXXs

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox