Azedu.az

Bakı üzrə bağçalara elektron qeydiyyat BAŞLAYIR

Məktəbəqədər təhsil

9 İyul 2026, 11:00
Bakı üzrə bağçalara elektron qeydiyyat BAŞLAYIR

 

Bu gün saat 11:00-dan etibarən Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılır.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, elektron növbələr 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktivləşdiriləcək.

Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilk dəfə olaraq myGov platforması üzərindən həyata keçiriləcək. Valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan saatlarda myGov kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılmasına iyulun 7-si saat 11:00-dan başlanılıb.

Müəllimlərin üzərinə bu qədər düşməyin sonu heç yaxşı görünmür -TƏHSİLDƏ SOS
Son xəbərlərDaha çox