Azedu.az

Bu qədər məktəb və bağça təmir olunaraq istifadəyə verilib

Məktəbəqədər təhsil

22 İyun 2026, 12:42
Bu qədər məktəb və bağça təmir olunaraq istifadəyə verilib

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

4 məktəb (59, 151, 313, 324) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib. 2 məktəbəqədər təhsil müəssisəsi (101, 328) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb, 1 körpələr evi-uşaq bağçası (351) isə inşa olunaraq istifadəyə verilib.

Bununla yanaşı, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 1 uşaq bağçasının (352 nömrəli uşaq bağçası) əsaslı təmiri davam edir.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox