“Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər sertifikatlaşdırmaya cəlb edildikdən sonra onların ehtiyaclarına uyğun olaraq təlimlərə başlanılması nəzərdə tutulur”.
AzEdu.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.
N.Mehdiyeva qeyd edib ki, indiyə qədər tərbiyəçi-müəllim və metodistlər üçün müxtəlif təlim proqramları həyata keçirilsə də, ötənilki diaqnostik qiymətləndirmədən sonra onların konkret ehtiyacları müəyyənləşdirilib və təlim proqramının məzmunu genişləndirilir:
“Artıq bir yox, bir neçə proqram ətrafında iş aparılıb ki, ehtiyaclara uyğun olaraq tərbiyəçi-müəllimlər yönləndirilə bilsin”.