Azedu.az

Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib

Məktəbəqədər təhsil

26 May 2026, 15:08
Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib

Bakı şəhəri Yasamal rayonunda 351 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, açılış tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Təravət Muradova, idarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Şöbə müdiri uşaq bağçalarının işinin yüksək tələblər səviyyəsində təşkili istiqamətində atılan addımlara diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.  

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılması, məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılmasının əsas hədəflər sırasında olduğunu deyib.

Yasamal RİH başçısının müavini Təravət Muradova Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə, uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib.

Qeyd edək ki, yeni istifadəyə verilən 351 nömrəli körpələr evi-uşaq bağçası 75 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 9 pedaqoji işçi məşğul olur.

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox