Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 12:47:00
Məktəb direktoru: 650 min ağac əkək təşəbbüsü sağlam həyatımız üçün zəruri bir məsələyə çağırışdır

Ədəbiyyat tariximizdə ana dili fəlsəfi şeirinin əsasını qoyan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü böyük rəğbətlə qarşılayan Ağsu ziyalıları hazırda bu ekoloji aksiyanın keçiriləcəyi günü səbirsizliklə gözləyirlər.

AzEdu.az-ın məlumatına görə bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində A.T.Nadirov adına Ağsu şəhər təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Sənan Nemətov söyləyib. O, təşəbbüsün ekoloji təmizliyə mühüm töhfəsi ilə yanaşı, dahi Nəsimi yaradıcılığının təbliğində, dünyaya daha yaxşı tanıdılmasında əhəmiyyətini də bildirib: “Prezidentimizin böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsi, Birinci vitse-prezidentimizin bu Sərəncamdan qaynaqlanan bir gündə 650 min ağac əkmək barədə təşəbbüsü nəinki ədəbiyyatmıza, mədəniyyətmizə, dahi şəxsiyyətlərimizə diqqətin bir nümunəsidir, həm də sağlam həyatımız üçün hər kəsin diqqət yetirməli olduğu zəruri bir məsələyə çağırışıdır”.

S.Nemətov sözünə davam edərək deyib: “Məktəb kollektivimiz müəllim-şagirdli, bütün texniki işçilərlə birlikdə bizim üçün ayrılan ərazidə ağac əkinində fəal iştirak edəcəyik. Həmin gün məktəbimizin həyətində də təmizlik, abadlıq səliqə-səhman işləri görəcəyik”.(AZƏRTAC)