Azedu.az

Azərbaycanda ilk elektron diplomu bu şəxs alıb -  İdarə rəisindən AÇIQLAMA

Peşə təhsili

15 İyul 2026, 15:41
Azərbaycanda ilk elektron diplomu bu şəxs alıb -  İdarə rəisindən AÇIQLAMA

"İlk elektron diplomu peşə təhsili üzrə təhsil alan vətəndaş alıb".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında qeyd edib.

Bu il ümumi təhsil üzrə elektron attestatları, peşə təhsili üzrə sertifikat və diplomları, eləcə də ali və orta ixtisas təhsili üzrə diplom və arayışların elektron formada verilməsini nəzərdə tutur.

İlk elektron diplomu peşə təhsili üzrə təhsil alan vətəndaş alıb. Bir neçə müəssisə artıq diplomlarını elektron qaydada təqdim edib. Yaxın günlərdə bu diplom və attestatların “MyGov” platformasında və tətbiqində əlçatanlığı təmin ediləcək.

Təhsil müəssisəsi təhsilalan haqqında məlumatları sistemdə təsdiqləyib imzaladıqdan sonra elektron attestat, diplom və sertifikat avtomatik formalaşır. Bu, sənədlərin elektron qaydada yoxlanılmasına və vaxt itkisi olmadan vətəndaşa təqdim edilməsinə imkan yaradır".

TƏCİLİ! İrəvanın mərkəzində atışma - Nə baş verir?
Son xəbərlərDaha çox