Azedu.az

Yeniyetmələrə gecə sosial şəbəkələrə giriş qadağan edilir

Maraqlı

15 İyul 2026, 14:35
Yeniyetmələrə gecə sosial şəbəkələrə giriş qadağan edilir

Böyük Britaniya hökuməti 16-17 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər hazırlayır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təklif olunan qaydalara əsasən, bu yaş qrupuna aid istifadəçilər üçün gecə saatlarında məcburi “rəqəmsal komendant saatı” tətbiq ediləcək.

Layihəyə görə, sosial şəbəkələrə giriş gecə saat 00:00-dan səhər 06:00-dək avtomatik olaraq məhdudlaşdırılacaq. Bundan əlavə, yeniyetmələr üçün sonsuz xəbər lentinin (infinite scroll) və videoların avtomatik oynadılması funksiyalarının da deaktiv edilməsi nəzərdə tutulur.

Britaniya rəsmiləri hesab edirlər ki, bu addımlar yeniyetmələrin yuxu rejiminin yaxşılaşmasına, diqqətinin artmasına və psixi sağlamlığının qorunmasına müsbət təsir göstərəcək.

Məlumata görə, qanunvericilik təşəbbüslərinin ilk paketi bu ilin sonunadək parlamentə təqdim olunacaq. Yeni qaydaların isə 2027-ci ilin yazından qüvvəyə minməsi gözlənilir.

TƏCİLİ! Rusiyanın 20 gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat
Son xəbərlərDaha çox