Azedu.az

MİQ-dən yüksək bal toplayan namizəd: "Suallar mənə rahat gəldi"

MİQ

15 İyul 2026, 11:13
MİQ-dən yüksək bal toplayan namizəd: "Suallar mənə rahat gəldi"

"Dördüncü cəhdimdə 89 bal topladım, fəaliyyət göstərdikcə daha da yaxşı nəticə əldə edəcəyimə inanıram".

Bu sözləri MİQ imtahanında 89 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Nərmin Qürbətova AzEdu.az-a açıqlamasında bildirib.

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunuyam. Magistr təhsilim yoxdur.

Bu, MİQ müsabiqəsində dördüncü iştirakım idi və imtahandan 89 bal topladım. Bundan əvvəl 74 və 171 nömrəli tam orta məktəblərdə müddətli əmək müqaviləsi ilə müəllim kimi fəaliyyət göstərmişəm. 

Müqavilə müddəti başa çatdığı üçün yenidən MİQ imtahanında iştirak etdim. İxtisas sualları mənə rahat gəldi. Metodika bölməsində isə bir qədər çətinlik yaşadım. 

Düşünürəm ki, müəllim kimi fəaliyyətimi davam etdirdikcə daha da yüksək nəticələr əldə edə bilərəm. İmtahanın təşkili ilə bağlı heç bir problem olmadı. Şərait çox yaxşı idi, bütün proses rahat və nizamlı şəkildə təşkil edilmişdi. Vakansiya seçimində Bakı şəhərində yerləşən məktəblərə üstünlük verməyi planlaşdırıram.

Hesab edirəm ki, müəllimlərin MİQ vasitəsilə işə qəbulu çox şəffaf və ədalətli mexanizmdir. Belə imtahanların keçirilməsi xüsusilə gənc müəllimlər üçün öz bilik və bacarıqlarını obyektiv şəkildə nümayiş etdirmək baxımından çox vacibdir".

Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!
Son xəbərlərDaha çox