Azedu.az

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Maraqlı

15 İyul 2026, 15:56
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti iyulun 16-dan 22-dək ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

AzEdu.az xəbər verir ki, məlumatda həmin müddətdə qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, həmçinin dolu düşəcəyi ehtimal edilir.

Bildirilib ki, gözlənilən yağıntılar nəticəsində dağ çaylarında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidməti vətəndaşlara hava şəraitini nəzərə almağı, xüsusilə dağlıq ərazilərə səfər edənlərin ehtiyatlı olmalarını tövsiyə edir.

TƏCİLİ! İrəvanın mərkəzində atışma - Nə baş verir?
Son xəbərlərDaha çox