Azedu.az

Sertifikasiya müzakirəsi - "Müəllimlərin əməyini kiçiltmək olmaz" - VİDEO

AzEdu Təhsil Platforması

9 İyul 2026, 13:20
Sertifikasiya müzakirəsi - "Müəllimlərin əməyini kiçiltmək olmaz" - VİDEO

"Sualların asanlıq dərəcəsindən asılı olmayaraq, yüksək nəticə göstərmiş heç bir müəllimin əməyinə kölgə sala və onların haqqına girə bilmərik".

Bu fikirləri "AzEdu podkast"ında təhsil tədqiqatçısı Elmin Nuri səsləndirib.

"Sosial şəbəkələrdə fiziki tərbiyə, təsviri incəsənət, texnologiya və musiqi müəllimlərinin sertifikasiya imtahanında, hətta yarım saat ərzində yüksək nəticə göstərdiklərinin şahidi olduq. Bu vəziyyət təbii olaraq sualların həddindən artıq asan olduğu təəssüratını yaradır.

Şəxsən tanıdığım bir neçə müəllimdən imtahan barədə soruşduqda, onlar da sualların sadəcə asan deyil, hətta olduqca asan olduğunu təsdiqlədilər. Deməli, bu fikirləri artıq kənardan biz və ya başqaları deyil, birbaşa imtahanda iştirak edən müəllimlər özləri səsləndirirlər.

Lakin sualların asanlıq dərəcəsindən asılı olmayaraq, yüksək nəticə göstərmiş heç bir müəllimin əməyinə kölgə sala və onların haqqına girə bilmərik. Hər bir halda, müəllimlər qarşılarına qoyulan tapşırığın öhdəsindən uğurla gəliblər və burada onların bilik və bacarığının da mühüm rolu var".

 

Müəllimlərin üzərinə bu qədər düşməyin sonu heç yaxşı görünmür -TƏHSİLDƏ SOS
Son xəbərlərDaha çox