Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 16:10:00
Naxçıvan qəbul göstəricilərinə görə digər bölgələri qabaqlayır  

2018-ci ildə keçirilən qəbul imtahanlarında ali təhsil müəssisələrinə qəbulolma faizinə görə Naxçıvan şəhərinin nəticələri digər şəhərlərin göstəricilərindən yüksəkdir. İmtahanda iştirak edən hər 100 Naxçıvan məktəblisindən 58-59-u ali təhsil müəssisəsinə qəbul olunub.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumatda qeyd olunur ki, Naxçıvan şəhərinin göstəricisinin bu dərəcədə yüksək olması daha çox bu şəhərin məktəblərini bitirən abituriyentlərin yerli ali təhsil müəssisələrinə üstünlük vermələri və bu ali təhsil müəssisələrinin digər regionlar arasında elə də nüfuz sahibi olmadığından irəli gəlir.

Sumqayıt şəhəri də abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizinə görə fərqlənir. İmtahanda iştirak edən hər 100 məktəblidən 57-58-i ali təhsil müəssisəsinə qəbul olub.
Bakı şəhərinin abituriyentləri ənənəvi olaraq qəbulolma göstəricisinə görə ən yaxşılardan olub və imtahanda iştirak edən hər 100 Bakı məktəblisindən 53-54-ü ali təhsil müəssisəsinə qəbul olub. Bu, Bakı məktəblilərinin ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbulolma faizinin daha yüksək olması ilə əlaqədardır. Ərizələrində ödənişli əsaslarla olan yerləri, əsasən, maddi cəhətdən təminatlı ailələrdən olan abituriyentlər göstərirlər. Bakı məktəblilərinin ödənişli yerlərə qəbulolma faizinin yüksək olması paytaxt əhalisinin sosial-iqtisadi vəziyyətinin regionlara nisbətən daha yaxşı olmasından irəli gəlir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları