Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-30 09:56:00
Bu qədər abituriyent xarici dil fənnindən “2” qiyməti alıb- STATİSTİKA

2018-ci ildə keçirilən buraxılış imtahanında iştirak edən abituriyentlərin 18.76%-i xarici dil fənni üzrə "2" qiyməti alıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Abituriyent"jurnalında bildirilib.

Abituriyentlərin 43.66%-i "3", 25.18%-i "4", 12.40%-i isə "5" qiymət alıb.

Məlumatda qeyd edilir ki, abituriyentlərin çoxu (62.42%) xarici dil fənni üzrə "2" və "3" qiymət alıb. Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin nəticələrində isə bir qədər fərqli mənzərənin şahidi oluruq. Belə ki, qəbul olan abituriyentlərin 52.00%-i xarici dil fənni üzrə "4" və "5" qiymət alıb (41.48%-i "4", 10.52%-i "5"), "2" qiymət alanların nisbi sayı isə 4.04%-ə bərabər olub.

Xatırladaq ki, tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə qəbul imtahanı vermədən buraxılış imtahanında (11-ci siniflər üzrə) tədris dilindən, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak ediblər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları