https://www.zirve.edu.az/
01.05.2018 10:10
Sınaq imtahanlarında istifadə edilən sual kitabçaları satışa çıxarıldı

İmtahanda iştirak edənlər, həmçinin digər abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər sual kitabçaları ilə tanış ola bilərlər.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, sınaq imtahanlarında istifadə olunan sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunan test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

1 və 15 aprel 2018-ci ildə keçirilən sınaq imtahanlarında istifadə olunan sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını da (pdf formatında) elektron xidmətlər bölməsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.