Azedu.az

Bizdə könüllülərə hər hansı güzəştdən söhbət gedə bilməz-Universitet RƏSMİSİ

Ali təhsil

28 Aprel 2018, 09:40
Bizdə könüllülərə hər hansı güzəştdən söhbət gedə bilməz-Universitet RƏSMİSİ

“Formula 1” yarışlarıyla əlaqədar könüllülərə  hər hansı güzəştdən söhbət gedə bilməz”

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev deyib. Onun sözlərinə görə,  qanunda da bunla bağlı hər hansı güzəşt nəzərdə tutulmayıb:

“Universitetin rektoru olsan belə hansısa professorun auditoriyasında tələbə dərsdə könüllü olduğuna görə iştirak etmir demək olmaz. Fənnlər üzrə 25% qayib limiti var. Tələbə  bu limitdən istifadə edərək yarışlarda könüllü qismində iştirak edir. Necə ki cəbhədə əsgərlərimiz vətəndaşlıq mövqeyini yerinə yetirirlər, könüllülər də arxa cəbhədəlayihələrdə iştirak etməklə vətəndaşlıq mövqeylərini yerinə yetirirlər.  Könüllü qismində dinamik gənclər iştirak edir və onların təhsillərindəhər hansı problemlərə rast gəlinmir”.

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox