Azedu.az

BMU-nun İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası

Ali təhsil

29 İyun 2026, 15:42
BMU-nun İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası

Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi laboratoriyaları tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi üçün müasir avadanlıqlarla təchiz edilib.

AzEdu.az xəbər verir ki, bu laboratoriyalar arasında İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası tələbələrə termodinamika və istilik ötürülməsi proseslərini praktiki şəkildə öyrənmək imkanı təqdim edir.

Laboratoriyada tələbələr buxardan elektrik enerjisinin alınması, soyutma sistemlərinin iş prinsipi və istilik proseslərini təcrübələr vasitəsilə mənimsəyirlər. Təcrübələr zamanı nəzəri biliklər praktik nəticələrlə müqayisə edilir, ölçmə xətalarının səbəbləri təhlil olunur. Bütün avadanlıqlar kompüterə inteqrasiya olunduğundan nəticələr xüsusi proqram təminatı vasitəsilə qrafik formada izlənilir.

Laboratoriyada Gunt və Deneysan şirkətlərinin istehsalı olan avadanlıqlardan istifadə edilir. Bu avadanlıqlardan biri- Qazların hal dəyişmə qurğusu izotermik və izoxorik prosesləri öyrənmək, qazın təzyiqi, temperaturu və həcmi arasındakı əlaqəni müşahidə etmək üçün nəzərdə tutulub. Qurğu vasitəsilə Boyl-Mariott və Şarl qanunları təcrübi şəkildə yoxlanılır, rəqəmsal displeylər vasitəsilə real vaxt rejimində ölçmələr aparılır. Burada qazanılan biliklər kompressor və pnevmatik sistemlərdə, qaz çənlərinin istehsalında, daxiliyanma mühərrikləri və turbinlərdə tətbiq olunur.

Temperatur ölçmə əsasları qurğusu isə müxtəlif temperatur sensorlarının və ölçmə üsullarının iş prinsipini öyrənməyə imkan verir. Qurğuda elektron və mexaniki cihazlar müqayisəli şəkildə sınaqdan keçirilir. Tələbələr sensorların həssaslığını, ölçmə xətalarını və cihazların göstəricilərini təhlil edirlər. Bu biliklər qida, əczaçılıq, neft-kimya, metallurgiya, avtomatlaşdırma və SCADA sistemlərində geniş tətbiq olunur.

Digər Kompressorlu sistem qurğusu soyutma dövrəsi və istilik nasosunun iş prinsipini nümayiş etdirir. Qurğuda kompressor, kondensator, genişlənmə klapanı və buxarlandırıcının fəaliyyəti, həmçinin soyuducu agentin qapalı dövrədə hal dəyişmələri müşahidə olunur. Sensorlar vasitəsilə temperatur və təzyiq göstəriciləri izlənilir, tələbələr ölçmə nəticələrini emal edir, qrafiklər qurur və hesabat hazırlayırlar. Əldə olunan biliklər istilik və soyutma sistemlərinin layihələndirilməsi, sənaye proseslərinin optimallaşdırılması, reaktorların temperatur rejiminin idarə olunması və avtomobil mühərriklərinin soyutma sistemlərində tətbiq edilir.

Rusiyadakı soydaşlarımızın XƏBƏRDARLIQ! Rusiya rublu ÇÖKDÜ!
Son xəbərlərDaha çox